Avropa İttifaqının xarici işlər nazirləri İsrail-Fələstin gündəmi ilə Omanın paytaxtı Maskatda bir araya gəlib.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cozep Borrell sosial media hesabında verdiyi açıqlamada deyib: “Nazirlərin görüşü Maskatda oldu. Tarixlə bir görüşümüz var: İsrail-Fələstin vəziyyətini sakitləşdirmək üçün güclərimizi birləşdirməli və uzunmüddətli həll yolları üzərində işləməliyik. Biz hər iki regionun firavanlığı və sabitliyi üçün strateji tərəfdaşlığımızı gücləndirməliyik”.
Qeyd edək ki, Aİ mülki müdafiə və humanitar yardım koordinatoru Yanez Lenarcec oktyabrın 9-da Fələstinə maliyyə yardımının dayandırılmasına baxmayaraq humanitar yardımlara davam etdirəcəklərini bildirib: “Həmas”ın İsrailə hücumunu qətiyyətlə pisləyirik. Eyni zamanda, Avropa İttifaqı ehtiyacı olan fələstinlilərə humanitar yardımı davam edəcək".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.