AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Saziş ŞKTR tərəfinin hər zaman nümayiş etdirdiyi konstruktiv münasibətin yeni nümunəsidir - Son dəqiqə

  • + A
  • - A
  • 10-10-2023, 16:22


    Saziş ŞKTR tərəfinin hər zaman nümayiş etdirdiyi konstruktiv münasibətin yeni nümunəsidir -


    Türkiyə Şimali Kipr Türk Respublikası (ŞKTR) ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Sülhməramlı Qüvvələri arasında Pile-İgidlər yolunun tikintisi ilə bağlı əldə olunan razılaşmanı alqışlayıb.

    Azadmedia.az TRT-yə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında yazılır: “Saziş ŞKTR tərəfinin hər zaman nümayiş etdirdiyi konstruktiv münasibətin yeni nümunəsidir. Belə ki, Qıbrızın bu yanaşması həm də Türkiyə tərəfinin adada iki dövlətin əməkdaşlığına əsaslanan yeganə real həll modelinin uğuruna verdiyi töhfənin göstəricisidir”.
    Qeyd edək ki, ŞKTR-də BMT-nin nəzarətində olan Yaşıl Xətt üzərində Pile-İgidlər yolunun tikintisi üçün əldə edilən razılaşmaya əsasən, Piledə yaşayan qıbrız türklərinin kəndlərinə getmək üçün 20 ildir davam edən yol işlərinin tamamlanacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR