NATO ölkələri müdafiə nazirlərinin bu gün Brüsseldə keçiriləcək görüşünün əsas mövzuları Ukraynaya dəstək, Alyansın müdafiəsi, eləcə də Yaxın Şərqdəki vəziyyət olacaq. Azadmedia.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
Belə ki, “Nazirlərlə görüşümüzdə Ukraynaya dəstək, müdafiə, NATO missiyaları, Kosova və İraqdakı əməliyyatlar kimi geniş spektrli məsələləri müzakirə edəcəyik. Bu gün İsrailin müdafiə naziri də HƏMAS-ın terror aktından sonrakı vəziyyətlə bağlı bizi məlumatlandıracaq”, - deyə Stoltenberq bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.