Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun 2023-cü il sentyabrın 27-də BMT-nin Baş katibi Antonio Quterreşə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirlərinin nəticələri, Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsi ilə bağlı məktubu ünvanlanıb. Məktubda yazılan ərazilərdə qeyri-qanuni fəaliyyətlərini davam etdirmələri, eləcə də tərksilah prosesi çərçivəsində təhvil verilən silah və sursatların fotoşəkilləri ilə əlavə məlumatlar Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının sənədi kimi yayılır. Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.