İsrailin Qüdslə yanaşı yerləşən Beyt Şemeş şəhərində hava hücumu xəbərdarlığı səslənib. Bu barədə TASS məlumat yayıb.
“İzzəddin əl-Qəssam briqadaları Beyt Şemeşə raket zərbələri endirir”, - məlumatda deyilir.
Daha əvvəl bildirilmişdi ki, İsrailin Qəzza zolağı ilə sərhəddə yerləşən cənub bölgələrində hava hücumu sirenləri səslənib. İsrailin mərkəzində də hava hücumu sirenləri səslənib.
Oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanırdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.