İsrailin mərkəzində hava hücumu sirenləri səslənib. Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Xəbər yenilənir.
Xatırladaq ki, oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanırdı. Atışmalara cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın 21 hədəfinə zərbələr endirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.