Bolqarıstan ordusunun modernləşdirilməsi və nüvə enerjisi sahəsində Fransa ilə əməkdaşlıq edəcək.
Azadmedia.az xəbər verir ki, ölkədə bir günlük rəsmi səfərdə olan Fransanın Avropa İttifaqı işləri üzrə dövlət naziri Lorens Bun Bolqarıstanın Baş naziri Nikolay Denkov və Baş nazirin müavini, xarici işlər naziri Mariya Qabriel ilə görüşüb.
Belə ki, Baş Nazir Aparatından verilən yazılı açıqlamada Fransanın ölkənin şimalındakı “Kozloduy” Nüvə Enerjisi Stansiyasında (AEZ) iki yeni reaktorun qurulması layihəsinə maraq göstərdiyi bildirilib.
Həmçinin açıqlamada qeyd olunub ki, Fransanın “Framatome” şirkəti ilə “Kozloduy” Nüvə Enerjisi Stansiyasının 1000 meqavatlıq 6-cı reaktorunun 2025-2034-cü illərdə yanacaq tədarükü üçün müqavilə imzalanıb.
Qeyd edək ki, iki ölkənin Energetika nazirlikləri arasında nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.