Birləşmiş Millətlər Təşkilatı Qəzzaya elektrik, su, ərzaq və dərmanın çatdırılmayacağı təqdirdə minlərlə insanın öləcəyi ilə bağlı xəbərdarlıq edib.
Bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin Azadmedia.az xəbər verir ki, Fövqəladə Yardım Koordinatoru və Humanitar Məsələlər üzrə müavini Martin Qriffits rəsmi internet səhifəsində paylaşım edib.
Belə ki, "Su, elektrik, ərzaq və dərman olmadan minlərlə insan öləcək" deyə Martin Qriffits bunun gerçək olduğunu vurğulayıb.
Həmçinin Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden də rəsmi ''X'' səhifəsində Fələstinlə bağlı paylaşım edib.
Bundan əlavə, indiyə qədər İsrailyönümlü mövqeyi ilə diqqət çəkən Bayden deyib:
"Fələstinlilərin əksəriyyətinin HƏMAS-ın dəhşətli hücumları ilə heç bir əlaqəsi olmadığını gözardı etməməliyik. Fələstinlilər onlara (HƏMAS) görə əziyyət çəkirlər".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.