Əfqanıstanda baş vermiş zəlzələ nəticəsində son hesablamalara görə, 1,5 min nəfər ölüb, 2 minə yaxın insan yaralanıb. Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin bu ölkədəki humanitar koordinatoru vəzifəsini icra edən Daniel Endres bildirib. Belə ki, "Növbəti 6 ay ərzində zərər çəkmiş ərazilərin bərpası və qurbanlara yardımın göstərilməsi üçün humanitar əməliyyatlar üçün 93,6 milyon dollar tələb olunur", - deyə D.Enders vurğulayıb.
Həmçinin onun sözlərinə görə, daha 43 min insan bu və ya digər dərəcədə zəlzələdən zərər görüb. Ən çox zərər çəkən ərazi İncil rayonudur. Burada 23 minə yaxın zərərçəkmiş insan yaşayır. Bu, bütün qurbanların təxminən 53 faizini təşkil edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.