AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə İsrailin Fələstindəki zorakılığına son qoymaq üçün diplomatik fəaliyyətini davam etdirir - Türkiyə XİN

  • + A
  • - A
  • 17-10-2023, 14:05


    Türkiyə İsrailin Fələstindəki zorakılığına son qoymaq üçün diplomatik fəaliyyətini davam etdirir -

    Türkiyə İsrailin Fələstindəki zorakılığına son qoymaq üçün diplomatik fəaliyyətini davam etdirir.
    Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Livana, oradan da Səudiyyə Ərəbistanına gedəcək. Hakan Fidan ilk olaraq livanlı həmkarı Abdullah Buhabibin dəvəti ilə Livana səfər edəcək.
    Danışıqlar zamanı ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal hadisələrin müzakirə olunacağı gözlənilir.
    Türkiyenin XİN rəhbəri daha sonra Səudiyyə Ərəbistanına səfər edəcək.
    Nazir Hakan Fidan burada İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin iclasında iştirak edəcək.
    İclasda İsrailin ayrı-seçkilik etmədən Qəzzadakı bütün Fələstin xalqını hədəf alan hərəkətlərinə qarşı atılacaq konkret addımlar müzakirə olunacaq.
    Hakan Fidan daha əvvəl İsrailin Fələstindəki zorakılığına son qoymaq üçün Misirə səfər etmişdi. TRT


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR