AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bayramov Fidanla regionda baş verən prosesləri müzakirə etdi

  • + A
  • - A
  • 18-10-2023, 18:27

    Bayramov Fidanla regionda baş verən prosesləri müzakirə etdi

    18 oktyabrda xarici işlər naziri Ceyhun Bayramov İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən növbədənkənar iclasında iştirakı çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Görüş zamanı ikitərəfli strateji müttəfiqlik münasibətlərinin gündəliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, regionda baş verən son proseslər, eləcə də Azərbaycan-Ermənistan arasında sülh gündəliyinin perspektivləri müzakirə olunub.

    İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Şuşada keçirilmiş 27-ci iclasında müzakirə edilən məsələlər və iki ölkənin ilin sonunadək çoxtərəfli formatda keçirələcək tədbirlərdə iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

    Nazirlər, həmçinin geniş regionda baş verən prosesləri müzakirə ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR