Litvanın baş naziri İnqrida Şimonite bu gün Ermənistana işgüzar səfərə gələcək.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 19-da Baş nazir Nikol Paşinyanla xanım Şimonite arasında təkbətək görüş olacaq, daha sonra danışıqlar geniş tərkibdə davam etdiriləcək.
Qeyd edək ki, Litvanın baş nazirinin Ermənistan Prezidenti Vaaqn Xaçatryanla görüşü də planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.