İsrail öz vətəndaşlarını bəzi ərəb ölkələrinə səyahətlə bağlı çağırış edib. Belə ki, bu barədə İsrail Milli Təhlükəsizlik Şurasının bəyanatında bildirilib.
Həmçinin Milli Təhlükəsizlik Şurası və Xarici İşlər Nazirliyindən verilən açıqlamada Misir və İordaniya üçün həyəcan siqnalının 4-cü dərəcəyə (yüksək təhlükə - red) yüksədildiyi bildirilib və israillilərə bu ölkələri dərhal tərk etmək çağırışı edilib.
Bundan başqa, Mərakeş üçün təhlükə səviyyəsi 3-ə qaldırılıb və israillilərə bu ölkəyə vacib olmayan səyahətlərdən çəkinmələri tövsiyə edilib.
Elanda əlavə olaraq Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn də daxil olmaqla, bütün Yaxın Şərq və ərəb ölkələrində qalmamaq tövsiyə olunub.
Qeyd edək ki, Malayziya, Banqladeş, İndoneziya və Maldiv adaları kimi ölkələrə səyahətdən çəkinməyi tövsiyə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.