İtaliyanın Baş naziri Ciorcia Meloni İsrailə səfər edib.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, C.Meloni səfər çərçivəsində Tel-Əvivdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb. Görüşdə Yaxın Şərqdə davam edən münaqişənin həlli yollarına dair fikir mübadiləsi aparılıb.
Belə ki, İtaliyanın baş naziri İsrailə səfərindən əvvəl oktyabrın 21-də Misirdə keçirilən Qahirə Sülh Sammitində iştirak edib. Qeyd edək ki, Meloni, sammitin açılış sessiyasında çıxışı zamanı "Həmas" hərəkatının fəaliyyətinin birmənalı şəkildə pislənməsinin və münaqişənin həllinə koordinasiyalı diplomatik səylərlə dəstək verilməsinin zəruriliyini vurğulayıb. Həmçinin Qəzzada təcili humanitar ehtiyacların araşdırılmasının vacibliyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.