AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Faciəni tamamilə Amerika Birləşmiş Ştatları törədib - Şimali Koreya

  • + A
  • - A
  • 24-10-2023, 10:43


    Faciəni tamamilə Amerika Birləşmiş Ştatları törədib -


    Şimali Koreya bildirib ki, İsrail və Fələstin arasındakı faciəni tamamilə Amerika Birləşmiş Ştatları törədib.

    Azadmedia.az xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyi Yaxın Şərqdəki vəziyyətlə bağlı yazıb: “Münaqişə başlayandan sonra ABŞ dərhal İsrailə yardım və silahla dəstək verməyə başladı.

    Bölgədəki faciə tamamilə ABŞ-dan qaynaqlanır.

    Bildirilib ki, ABŞ prezidenti Co Bayden müharibəyə dəstək vermək üçün İsrailə getdi.

    Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında Qəzzaya humanitar yardım çatdırılması üçün münaqişəyə fasilə verilməsini tələb edən qətnamə layihəsinə veto qoydu.

    Qeyd olunub ki, ABŞ Yaxın Şərqdəki böhrana görə məsuliyyəti “təcavüzkar” adlandırdığı Fələstinin üzərinə atdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR