AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail genişmiqyaslı antiterror əməliyyatı keçirib - KİV

  • + A
  • - A
  • 3-01-2024, 17:03

    İsrail genişmiqyaslı antiterror əməliyyatı keçirib -


    İsrail İordan çayının qərb sahilindəki Tulkarm şəhəri yaxınlığındakı fələstinlilərin "Nur Şəms" qaçqın düşərgəsində genişmiqyaslı antiterror əməliyyatı keçirib.
    Azadmedia.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

    Belə ki, "İsrail ordusu, Sərhəd Polisi və Baş Təhlükəsizlik bölmələri "Nur Şəms" qaçqın düşərgəsində genişmiqyaslı antiterror əməliyyatına başlayıb, bu əməliyyat zamanı onlarla şübhəli şəxs dindirilib, 6 axtarışda olan şəxs saxlanılıb, hərbi texnika müsadirə edilib.

    Əməliyyat zamanı İsrail hərbçilərinə partlayıcı atan terrorçular PUA vasitəsilə zərərsizləşdirilib. Hazırda əməliyyat davam edir", - məlumatda deyilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR