Bitki mühafizə və Texniki bitkilər (BMTB) ETİ-nin bir qrup əməkdaşları Samux DAİM və Bitki mühafizə idarəsi ilə birlikdə meyvəçi fermerlərin qış qayğıları ilə bağlı elmi-praktik seminar keçirilib.
Azadmedia.az xəbər verir ki, seminarda BMTB ETİ-nin rəhbəri Prof. İbrahim Cəfərov, bölgə fermerləri, mütəxəssislər, DAİM əməkdaşları, magistrantlar və media nümayəndələri iştirak ediblər.
Belə ki, BMTBETİ-nin rəhbəri Prof. İbrahim Cəfərov qeyd edib ki, əkinçiliklə məşğul olan fermerlər üçün qış dövrünün özünəməxsus qayğıları var. Cəfərov həmçinin taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, əsas təqdimatlardan sonra fermerlərin və mütəxəssislərin çoxsaylı sualları cavablandırılıb.