Türkiyə ordusu İraq və Suriyanın şimalı daxil olmaqla son bir həftədə 60 terrorçunu zərərsizləşdirib.
Azadmedia.az-ın verdiyi xəbərə görə, bu barədə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk brifinq zamanı bildirib.
Belə ki, 2024-cü il yanvarın 1-dən zərərsizləşdirilən terrorçuların sayı 458-ə çatıb. Onlardan 184-ü İraqın şimalında, 274-ü isə Suriyanın şimalında məhv edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.