Son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla 50 terrorçu zərərsizləşdirilib.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Son bir həftədə Türkiye Silahlı Qüvvələri (TSQ) tərəfindən İraq və Suriyanın şimalı da daxil olmaqla 50 terrorçu zərərsizləşdirilib. 2023-cü ilin 1 yanvar tarixindən etibarən əməliyyat bölgələrində zərərsizləşdirilən terrorçuların sayı 942, 2015-ci ilin 24 iyul tarixindən etibarən zərərsizləşdirilən terrorçuların sayı isə 38 285-ə çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.