AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İki ölkə İrana görə Birləşmiş Millətlər Təşkilatına müraciət edib - KİV

  • + A
  • - A
  • 15-03-2024, 12:33

    İki ölkə İrana görə Birləşmiş Millətlər Təşkilatına müraciət edib -

    ABŞ və Böyük Britaniya İran tərəfindən hazırlanan raketlərin Yəmənin qərbində, husilərin nəzarətində olan limanlara çatmasının qarşısını alması üçün Birləşmiş Millətlər Təşkilatına müraciət edib.

    Azadmedia.az xəbər verir ki, bu barədə “Guardian” nəşri məlumat yayıb.

    Belə ki, ABŞ-ın BMT-dəki nümayəndəsi Robert Vud Təhlükəsizlik Şurasının iclasında İran silahlarının husilərin limanlarına daşınmasının qarşısını almaq üçün BMT-nin yoxlama və təftiş mexanizminin daha da gücləndirilməsini tələb edib.

    Həmçinin Böyük Britaniya səfirinin müavini Ceyms Kariuki də ABŞ-ın tələbini təkrarlayıb:

    “Yəmənə mal axını saxlamaqla, husilərin nəzarətində olan ərazilərə qeyri-qanuni silahların daxil olmasını dayandırmaq üçün gəmilərin yoxlanması vacibdir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR