AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncədə görmə üzrə əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil edilib

  • + A
  • - A
  • 19-03-2024, 13:13

    Gəncədə görmə üzrə əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil edilib

    AzadMedia.az xəbər verir ki, Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək İctimai Birliyi-“QEOŞSD” İ.B. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə “Novruz bayramı” münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirlərinin təşkili” adlı layihə çərçivəsində bayram şənlikləri təşkil edilib.

    Bayram şənliyində yuxarıda adları qeyd edilən bölgələr üzrə görmə imkanları məhdud olan uşaqların bayram şənliyində iştirakı təmin edilmiş və uşaq və yeniyetmələrin şənlikdə iştirakının rahatlığının təmin edilməsi üçün müyəssər şərait qurulub.

    Bayram şənliyi Gəncə şəhəri, “Sərinim” Restoranında təşkil olunub.

    Şənlikdə Gəncə Şəhərində eləcə də ətraf Samux, Tovuz, Göygöl, Daşkəsən, Goranboy, Ucar və Yevlax rayonlarında yaşayan görmə məhdudiyyətli uşaq və yeniyetmələr iştirak edib.

    Bayram şənlinliklərində gözdən əlil uşaqlar üçün müyəssər oyun və şou proqramlarla yanaşı, yemək və Novruz bayramına xas elementlə bəzədilmiş şirniyyat süfrəsi eləcə də tiflo (müyəssər musiqi texnikası-qulaqlıqlar) hədiyyələr təqdim edilib.

    Şənlikdə yüzdən çox uşaq və onları müşayiət edən şəxslər iştirak ediblər.

    Şənlikdə Novruz Bayramı personajları ilə yanaşı el adət ənənələri və görmə məhdudiyyətli uşaqlar üçün müyəssər əyləncələr təşkil olunub.

    Bayram şənliyinin təşkilatçısı Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək İctimai Birliyi-nin rəhbəri Reyhan Cəfərova çıxışında Sosial Xidmətlər Agentliyinə və tədbirdə iştirak edən gözdən əlil uşaqlar və onları müşayiət edən şəxslərə xüsusi təşəkkürünü bildirib.

    Bayram şənliyinə dəstək verən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti və Cəmiyyətin Gəncə şəhər regional Təşkilatının rəhbərliyi bu tip tədbirlərin təşkili istiqamətində Sosial Xidmətlər Agentiliyinə və xüsusən də ölkə prezidenti cənab İlham Əliyevə xüsusi təşəkkürünü bildiriblər.

    AzGƏC-in sədri S. Abdullayev çıxışında belə şənliklərin təşkilini ölkə rəhbərliyinin əlil vətəndaşlara qayğı və diqqətinin bariz nümunəsi olduğunu və əlil və tipik insan cəmiyyətləri arasında mövcud süni baryerlərin qaldırılması istiqamətində öz töhfəsini verdiyini qeyd edib. S. Abdulllayev həmçinin ölkəmizin əlil vətəndaşa xüsusilə əlilliyin ən ağır kateqoriyası olan gözdən əlilliyə göstərdiyi diqqət və ehtiramın ökəmizdə günü-gündən mədəni inkişaf və sivil yaşam tərzinin yüksəlişindən xəbər verdiyini və bu sahədə ölkə rəhbərinin xüsusi diqqətini bir daha vurğulayaraq şənliyin təşkili istiqamətində əməyi olan hər kəsə minnətdarlığını bildirib.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR