Ermənistan parlamenti iki ölkə hökumətləri arasında 2023-cü ilin avqustunda imzalanmış maliyyə sazişi çərçivəsində Almaniyadan 12 milyon avro məbləğində kredit alınmasını təsdiqləyib.
Azadmedia.az xəbər verir ki, müvafiq sənəd parlamentin çərşənbə günü keçirilən iclasında ratifikasiya edilib.
Belə ki, vəsait bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyi proqramının üçüncü mərhələsinin maliyyələşdirilməsinə yönəldiləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.