Argentina hakimiyyəti yaxın gələcəkdə 70 minə yaxın dövlət işçisini işdən çıxarmağı planlaşdırır.
Azadmedia.az xəbər verir ki, bunu Argentina Prezidenti Xavyer Miley deyib.
Belə ki, “50 min dövlət işçisini işdən çıxardıq, onların müqavilələrinə xitam verildi. Nəzərə alın ki, hazırda müqavilələrin sayı azaldılır və 70 min müqavilə ləğv ediləcək”, - deyə o bildirib.
Qeyd edək ki, Argentina hökuməti martın 31-də başa çatan on minlərlə lazımsız müqaviləyə xitam vermək niyyətindədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.