ABŞ rəsmilərinin Rusiya ilə Çin arasında əməkdaşlığın genişlənməasindən narahatlıq ifadə etdikləri bildirilib.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın adı açıqlanmayan üç vəzifəli şəxsi ölkənin dövlət katibi Antoni Blinkenin bu barədə NATO və Avropa İttifaqı (Aİ) üzrə həmkarları ilə söhbətdə danışdığını qeyd edib.
Belə ki, rəsmilərin sözlərinə görə, Blinken bu çərçivədə Çinin optik cihazlar, propellent və kosmik sfera üzrə avadanlıqların istehsalında Rusiyaya verdiyi dəstəyi önə çəkib.
Həmçinin onlar bildiriblər ki, Blinken Çinin bu yardımının Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü davam etdirməsinə imkan yaratmaqla yanaşı, digər ölkələri təhdid etdiyini də vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.