ABŞ-nin “SpaceX” şirkətinə məxsus “Falcon 9” daşıyıcı raketi Cənubi Koreyanın öz istehsalı olan hərbi kəşfiyyat peykini orbitə çıxarıb.
Azadmedia.az Xarici KİV-ə istinadla xəbər verir ki, peyki orbitə aparan raketin buraxılışı Florida ştatındakı Kennedi məntəqəsindən ABŞ şərq zonası vaxtı ilə aprelin 7-də axşam saat 19:17-də (Bakı vaxtı ilə aprelin 8-də saat 03:17) baş tutub. Cənubi Koreyanın Müdafiə Nazirliyi peykin planlaşdırılan orbitə çatdığını açıqlayıb. Peyk hər cür hava şəraitində müşahidə aparmaq üçün ən son texnologiyalarla, radar və sensorlarla təchiz olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.