ABŞ prezidentliyinə müstəqil namizəd, sabiq prezident Con Kennedinin qardaşı oğlu Robert Kennedi Azərbaycanla bağlı böhtan məzmunlu, saxta fikirlər səsləndirib.
R.Kennedi prezident seçiləcəyi təqdirdə Ermənistana dəstək olacağını və ermənilərin Qarabağa qayıdışını təmin edəcəyini deyib.
Absurd iddialarına davam edən Kennedi vurğulayıb ki, ABŞ hökuməti Qarabağ ermənilərinin öz “vətən”lərinə qayıtmasını təmin etmək, “müqəddəratını təyinetmə hüququnu qorumaq” üçün səfərbər olmalıdır. O qeyd edib ki, dünyanın diqqəti Qəzzaya yönəlib və heç kim Qarabağdan köç barədə danışmır.
“ABŞ prezidenti kimi mən bu yolda diplomatiyadan, nüfuzumuzdan, iqtisadi rıçaqlarımızdan və sanksiyalardan istifadə edəcəyəm”, – Kennedi müraciətində bildirir.
O həmçinin Azərbaycanı hansısa “etnik təmizləmə”, “Ermənistana təcavüz”də ittiham edib.
Qeyd edək ki, R.Kennedinin videomüraciətinin Amerika Erməniləri Milli Komitəsi tərəfindən tez bir zamanda tirajlanması xüsusi diqqət çəkib. Onun belə qatı ermənipərəst mövqe sərgiləməsi erməni lobbisindən dəstək alaraq hakimiyyətə gəlmək məqsədi ilə əlaqələndirilir.
Xatırladaq ki, Qarabağın Azərbaycan ərazisi olduğunu bütün dünya, o cümlədən ABŞ da təsdiq edib.(Globalinfo)
Con Kennedi və Robert Kennedi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.