Aprelin 19-da Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək.
Azadmedia.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Çexiya, Danimarka və Niderlandın Baş nazirləri ilə keçirdiyi birgə mətbuat konfransında söyləyib.
Belə ki, NATO-nun Baş katib bildirib ki, iclasda Ukraynaya hava hücumundan müdafiə və artilleriya mərmilərinin yardımı məsələsi müzakirə ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.