AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Slovakiya münasibətləri yeni inkişaf mərhələsində

  • + A
  • - A
  • 11-05-2024, 13:15

    Azərbaycan-Slovakiya münasibətləri yeni inkişaf mərhələsində

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 7 may tarixində Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında qeyd etmişdir ki,”Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır”.
    Xatırlatmaq lazımdır ki, ölkələrimiz arasında diplomatik əlaqələr 1993-cü ilin noyabr ayının 23-də qurulmuşdur və münasibətlərimiz qarşılıqlı faydalı əməkdaşlıq əsasında inkişaf etmişdir. Slovakiya Respublikasının ölkəmizdəki səfirliyi 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir, Azərbaycanın Slovakiyadakı səfirliyi isə 28 iyul 2023-cü ildən fəaliyyətə başlamışdır.
    Çoxşaxəli xarici siyasət kursunu həyata keçirən Azərbaycan həm Avropa İttifaqı ilə ümumilikdə, həm də bu birliyə daxil olan iştirakçı-dövlətlərlə səmərəli əlaqələr qurmuşdur. Slovakiya Respublikası ilə münasibətlərimizin ən yüksək səviyyədə olması bir daha özünü “Strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”nin imzalanmasında əyani formada nümayiş etdirdi. Slovakiya Respublikası Baş nazirinin səfəri çərçıvəsində həmçinin bir neçə mühüm sənəd imzalanmışdır – “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi və digər müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır.
    İkitərəfli münasibətlərin inkişafı üçün hazırda böyük iqtisadi və siyası potensial mövcuddur və ölkələrimiz bu istiqamətdə ardıcıl olaraq səmərəli addımlar atacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR