Suraxanıda marşrut avtobusu ağaca çırpılıb

Bakının Suraxanı rayonunda 184 nömrəli marşrut avtobusu qəzaya uğrayıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib.
77-JM-499 dövlət nömrə nişanlı avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq ağaca çırpılıb.
Sərnişinlərin sözlərinə görə, hadisəyə sürücünün qəfil huşunu itirməsi səbəb olub. Onlar bildiriblər ki, sürücü hərəkət zamanı özünü pis hiss edib və qəfil huşunu itirib.
Xoşbəxtlikdən, hadisə nəticəsində xəsarət alan olmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.