Masallı Rayon Statistika İdarəsindən
Azadmedia.az-ın cənub bürosuna verilən məlumatda bildirilir ki, məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2024-cü ilin yanvar-mart aylarında 15545 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 7937 nəfər (51,2 faiz), qeyri-dövlət sektorunda isə 7588 nəfər (48,8 faiz) təşkil etmişdir.
Muzdlu işçilərin 23,7 faizi məhsul istehsalı sahələrində, 76,3 faizi isə xidmət sahələrində çalışanlar təşkil etmişdir.
2024-cü ilin yanvar-mart aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 6,6 faiz artaraq 591,9 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqqları 720,3 manat (əvvəlki ilin müvafiq dövründən 6,8 faiz çox), özəl müəssisələrdə isə 455,7 manat (əvvəlki ilin müvafiq dövründən 8,5 faiz çox) olmuşdur.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, maliyyə və sığorta sahəsində, dövlət idarəetməsi və müdafiə; sosial təminat bölməsində, təhsil sahəsində, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində, eləcə də informasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı digər sahələrdən daha yüksək olmuşdur.