Danimarka Ukraynaya 750 milyon avro dəyərində yeni hərbi yardım göndərəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, “Mən Ukraynanın hava hücumundan müdafiəsini və artilleriyasını gücləndirmək üçün 750 milyon avro dəyərində yeni hərbi dəstək paketini elan etməkdən məmnunam. Danimarka Ukraynanın müdafiə sənayesinə investisiya yatırmaq imkanlarını da nəzərdən keçirir”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.