Madrid, 19 may — Azadmedia.az
Hər il dünyanın müxtəlif ölkələrində dövlət səviyyəsində keçirilən “Global Women Summet” (Beynəlxalq Qadınlar Zirvəsi) bu il də, İspaniya Kraliçası Letizia Ortiz Rokasolanonun aparıcılığı ilə Madriddə təkil edilib.
Azadmedia.az xəbər verir ki, sammitdə 70 ölkədən nazirlər, parlament üzvləri, yüksək vəzifəli bürokratlar, özəl sektor nümayəndələri, QHT-lər, akademiklər, yazıçılar, jurnalistlər və 1000-dən çox insan iştirak edib.
Eyni zamanda, Sammitdə Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri Kəmalə Paşayeva, üzvləri isə Vəsilə Abulova, Canilya Qafarova, Tehran Nağıyeva, Sədaqət Rəhimova, Səadət Qəndilova, Məlahət Qəhrəmanova, Zərifə Arzumanova, Yeganə Əliyeva, Zəminə Əliyeva, Nurlana İmanova, Rəna Əmirəliyeva, Banuçiçək Paşayeva, Gülər Yusibzadə, Səbinə Kərimova və Mehinbanu Paşayeva olub.
Belə ki, Sammitdə “Qadınlar: Gələcəyin İqtisadiyyatına enerji verən” - davam edən münaqişələr, iqlim dəyişiklikləri və geosiyasi müttəfiqlərin dəyişməsi səbəbindən inkişaf etməkdə olan bir mühitdə iqtisadi dirçəlişin sürətləndirilməsində qadınların əsas rolu üzrə mövzular müzakirə olunub.
Azərbaycan nümayəntə heyəti çıxış edərək bildirib ki, “Azərbaycan hər il sürətlə tərəqqi edir, həmçinin müxtəlif ölkələrin inkişaf templərini nəzərə alarsaq əgər, bir sıra istiqamətlərdə ölkəmiz həm dünya üzrə və həm də regional liderə çevrilib. Bütün bunlarla yanaşı, sənaye, kənd təsərrüfatı, xidmət sahələrinin diversifikasiyası, planlaşdırma və idarəetmənin optimallışdırılması, fasiləsiz yeniləşən texnoloji tərəqqi ölkədə iqtisadi və sosial irəliləyişin, həmçinin davamlı inkişafın uğurunun təzahürüdür. Qeyd edək ki, əldə edilmiş nailiyyətlər bir çox beynəlxalq təşkilatların rəsmi hesabatlarında da əksini tapıb.”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.