AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəranda rayonu ərazisində gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir

  • + A
  • - A
  • 23-08-2021, 10:54


    Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Lənkəranda rayonu ərazisində gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı virusun yayılma riskinin yüksək olduğu qapalı məkanlarda – market, mağaza və digər obyektlərdə bəzi vətəndaşların hələ də karantin rejiminin tələblərinə laqeydlik nümayiş etdirdiyi aşkarlanıb. Polis əməkdaşları tərəfindən tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib. Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə qanunamüvafiq tədbirlər görülüb.

    Polis əməkdaşları tərəfindən eyni zamanda ictimai nəqliyyatda tibbi maskadan istifadə və sosial məsəfənin gözlənilməsi ilə bağlı nəzarət-profilaktiki tədbirlər davam etdirilir. Nəzarət-profilaktik tədbirlər çərçivəsində qaydalara, eləcə də özünün və ətrafdakıların sağlamlığına etinasızlıq, laqeydlik nümayiş etdirərək tibbi maskadan istifadə etməyən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

    Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd COVID-19 infeksiyasının kütləvi yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması, əhalinin sağlamlığı naminə sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR