AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

  • + A
  • - A
  • Bu gün, 15:47

    Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

    Bolqarıstan hökuməti Ukraynaya ordunun ehtiyatlarından silah tədarükünü dayandırıb.

    Baş nazir Rumen Radev iyunun 10-da hökumət iclasında ölkənin artıq kifayət qədər hərbi yardım göstərdiyini bildirib.

    O, Ukraynada sülhün hərbi vasitələrlə əldə edilə bilməyəcəyini və diplomatik həllə ehtiyac olduğunu deyib.

    Bununla belə, ölkənin müdafiə sənayesinin kommersiya əsaslı silah ixracına məhdudiyyət qoyulmayıb. Radev həmçinin Bolqarıstanın Ukraynaya elektrik enerjisi, enerji və dəmir yolu infrastrukturlarının bərpası, eləcə də digər sahələrdə dəstəyi davam etdirdiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR