Azərbaycanın iki aparıcı teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Noyabrın 13-də Gəncə şəhərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında qarşılıqlı yaradıcılıq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq Memorandumu imzalanıb.
Tədbirdən öncə hər iki teatrın nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin heykəlini ziyarət edərək önünə gül dəstələri qoyub,onun əziz xatirəsini yad ediblər.
Rəsmi mərasimdə sənədə Akademik Milli Dram Teatrının direktoru,Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Gəncə Dövlət Milli Dram Teatrının direktoru,Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev imza atıblar.
Qonaqlar imzalama mərasimindən sonra Gəncə Dövlət Milli Dram Teatrında Qurban Səidin eyniadlı romanı əsasında rejissor Abdulla Elşadlının quruluşunda "Əli və Nino"tamaşasını izləyiblər.




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.