AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 9-03-2024, 10:10

    Sutka ərzində baş verən cinayət və hadisələr

    DİN-in Mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    -Martın 8-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 30 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 24, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.
    ***

    *Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir*

    *Martın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 1 alışdırıcı, 4 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və və 84 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.*
    ***

    *Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir*

    *Martın 8-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd tüfəng aşkar edilərək götürülüb.*
    ***

    *Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 8-də Xankəndi şəhəri ərazisindən 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 4 ədəd patron darağı, 1 alışdırıcı, 241 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.*
    ***

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 8-də ümumi çəkisi 15,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

    Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,2 kiloqrama yaxın heroin, 7,4 kiloqramdan çox marixuana, 1,7 kiloqrama yaxın tiryək və həşiş qətranı, 900 qrama yaxın metamfetamin, həmçinin 1977 ədəd metadon həbi olub.

    Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
    ***

    *Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə saxlanılan Vüsal Cavadovdan* 4 kiloqram 110 qram marixuana aşkar olunaraq götürülüb.

    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR