AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 22-01-2024, 10:39

    Sutka ərzində baş verən cinayət və hadisələr

    DİN-in Mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    20-21 yanvar tarixlərində ölkə ərazisində qeydə alınan 112 , əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Narkotiklərlə əlaqəli 66, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 38 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 90 nəfər saxlanılıb.
    ***

    Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

    20-21 yanvar tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd avtomat silahı, 1 ədəd qumbara, 21 ədəd müxtəlif markalı tüfəng, 13 ədəd patron darağı və 540 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
    ***

    *20-21 yanvar tarixlərində polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd avtomat silahı, 3 tapança, 3 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd patron darağı və 66 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.*
    ***

    Polis əməkdaşlarının 20-21 yanvar tarixlərində respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 45 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

    Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 7,2 kiloqramdan çox heroin, 37 kiloqrama yaxın marixuana, 180 qrama yaxın tiryək, 750 qram metamfetamin və 825 ədəd metadon həbi olub.

    Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
    ***

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 20-21 yanvar tarixlərində Xankəndi şəhəri ərazisində 10 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 4 ədəd müxtəlif markalı tapança, 2 ədəd tüfəng, 4 ədəd qumbara, 52 ədəd patron darağı, 1972 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
    ***

    Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Əli Babayev saxlanılıb.

    Ondan 59 qramdan artıq, idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı isə 2 kiloqram 115 qram marixuana və elektron tərəzi aşkar olunaraq götürülüb.

    Araşdırma aparılır.
    ***
    Göyçayda silahlı narkotacir saxlanılıb, ondan külli miqdarda narkotik və avtomat aşkarlanıb

    Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində qeyri-leqal yollarla ölkəyə gətirilən külli miqdarda narkotik vasitə və psixotrop tərkibli həblərin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər də qaçaqmalçılıq və narkotiklərin satışı ilə məşğul olduğu üçün məhkum olunmuş 29 yaşlı Elməddin Rzayev saxlanılıb. Onun üzərində olan bağlamaya baxış keçirilərkən 4 kq 625 qr qurudulmuş marixuana, 1 kq həşiş, 2 kq 255 qr tiryək, 386 ədəd psixotrop tərkibli həblər, eləcə də “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 30 ədəd patron aşkar edilərək götürülüb.
    Araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitələri və odlu silahı “Whatsapp” vasitəsilə əlaqə yaratdığı İran vətəndaşından onlayn yolla aldığı müəyyən edilib.
    Qeyd edək ki, E.Rzayev 2019-cu ildə də qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə narkotik vasitə gətirmək istəyərkən yaxalanaraq məsuliyyətə cəlb olunub.
    Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
    ***

    Yanvarın 19-da Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Hacıqabul rayonu ərazisində yerləşən postda “Hyundai” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

    Sürücü, Bərdə rayon sakini Ruslan Hacızadənin narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi müəyyən edildiyindən* barəsində inzibati protokol tərtib edilib, avtomobildə olan sərnişinləri, həmyerliləri İlhamiz Cəfərov və Kərim Qədimovla birgə Hacıqabul Rayon Polis Şöbəsinə təhvil veriliblər.
    K.Qədimovdan 10 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.
    Araşdırma aparılır.
    ***


    Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində bir qadının çantasından sənəd və bank kartının oğurlanması barədə polisə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən* Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Said Göyçayev saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.

    Araşdırmalarla onun müxtəlif vaxtlarda bir qadının çantasından pul, sənəd və bank kartları, bir nəfərin isə mobil telefonunu oğurlaması da müəyyən olunub.
    ***


    Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 19-da Buzovna qəsəbəsi ərazisində yerləşən kafedə bir nəfərin gödəkcəsinin cibindən 2800 manat pulunu oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Əhməd İbrahimov saxlanılıb.
    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR