AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 13-02-2024, 11:37

    Sutka ərzində baş verən cinayət və hadisələr


    DİN-in Mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    - Fevralın 12-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarışda olan 58 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 35 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.
    ***

    Qubadlı rayonunda silah-sursat aşkar edilib

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbir zamanı rayonun Qayalı kəndi ərazisində 1 qumbaraatan, 44 əl qumbarası, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir

    *Fevralın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı avtomat silahı, 3 ədəd qumbara, 3 alışdırıcı, 32 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 57 ədəd patron təhvil götürüblər.*
    ***


    *Fevralın 12-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.*
    ***

    *Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 12-də Xankəndi şəhəri ərazisində 12 ədəd müxtəlif markalı avtomat silahı, 10 ədəd müxtəlif markalı tüfəng, 3 tapança, 10 ədəd qumbara, 2 qumbara alışdırıcısı, 59 ədəd patron darağı, 1381 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.*
    ***

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 12-də ümumi çəkisi 75 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

    *Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,4 kiloqramdan artıq heroin, 60 kiloqrama yaxın marixuana, 2 kiloqrama yaxın tiryək, 8,6 kiloqramdan çox metamfetamin olub.*

    *Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.*
    ****

    Oğurluq

    *Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* müxtəlif vaxtlarda Şağan qəsəbəsi ərazisində 4 evdən ümumilikdə 16000 manat dəyərində kombi aparatları, su qızdırıcısı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qabil Nəsirov və əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elmar İbrahimov müəyyən olunaraq saxlanılıblar.

    Araşdırma aparılır.
    ***

    *Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* Lökbatan qəsəbəsi ərazisində bir qadının içərisində pulu olan çantasını, bir nəfərin isə mobil telefonunu oğurlamaqda şübhəli bilinən Tahir Babayev saxlanılıb.
    Araşdırma aparılır.
    ****

    Bank kartından oğurluq

    *Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* fevralın 5-də bir nəfərin bank kartından 190 manatını oğurlamaqda şübhəli bilinən Akif Hümbətov müəyyən olunaraq saxlanılıb.
    Araşdırma aparılır.
    ***

    Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü inzibati qaydada həbs edilib

    Fevralın 11-də saat 12 radələrində Qaradağ rayonu ərazisində yerləşən postda “VAZ-211440” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü Araz Abdullayevin narkotik vasitə istifadə etməsi müəyyən edildiyindən barəsində inzibati protokol tərtib olunaraq Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə təhvil verilib.

    Məhkəmənin qərarı ilə A.Abdullayev 30 gün müddətinə inzibati qaydada həbs edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR