AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Orta Dəhlizin inkişafı üçün 28 milyard dollar investisiya tələb olunur

  • + A
  • - A
  • Bu gün, 11:20

    Orta Dəhlizin inkişafı üçün 28 milyard dollar investisiya tələb olunur

    Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) baş direktoru Syaohun Yan bildirib ki, Orta Dəhlizin ticarət və logistika potensialının genişləndirilməsi üçün təxminən 28 milyard dollar investisiya lazımdır. Onun sözlərinə görə, marşrutun inkişafı üçün avtomobil və dəmir yollarına, gəmilərə, dəniz və hava limanlarına, eləcə də əməliyyat sistemləri və dəstək platformalarına sərmayə qoyulmalıdır.

    "İnfrastruktur əsas prioritet olaraq qalır. Orta Dəhliz multimodal marşrutdur və onun bütün komponentləri bir-biri ilə əlaqəli şəkildə işləməlidir", – deyə Syaohun Yan vurğulayıb.

    O qeyd edib ki, Azərbaycan layihənin investisiya cəlbi və səmərəliliyi baxımından ən mühüm iştirakçılardan biridir.

    AIIB rəhbərinin sözlərinə görə, əsas problemlərdən biri yüklərin marşrut üzrə daşınma müddətidir. Hazırda bu müddət təxminən 18 gün təşkil edir ki, bu da bir çox investor üçün hələ də cəlbedici hesab olunmur.

    "İnvestorları və yükdaşıyanları cəlb etmək üçün ən vacib şərt dəhlizin etibarlı və proqnozlaşdırıla bilən olmasıdır. Əvvəllər daşınma bir ay çəkirdi, indi isə təxminən 18 gündür. Lakin bu, hələ də uzun müddətdir", – deyə AIIB rəhbəri bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR