AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağcabədi fəaliyyət göstərməyən məktəb binasında yanğın olub

  • + A
  • - A
  • Dünən, 16:00

    Ağcabədi fəaliyyət göstərməyən məktəb binasında yanğın olub

    Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağcabədi rayonunun Minaxorlu kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
    FHN Mətbuat xidmətindənverilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
    Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 370kv.m. olan fəaliyyət göstərməyən ikimərtəbəli məktəb binasında baş vermiş yanğın genişlənərək yaxınlıqda yerləşən və fəaliyyətdə olan digər məktəb binasına keçməsinə imkan verilmədən söndürülüb.
    Yanğın nəticəsində binanın yanar konstruksiyaları yanıb.
    Yaxınlıqda yerləşən məktəb binası yanğından mühafizə olunub.
    Xəsarət alan olmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR