Əfqanıstanın Kunar vilayətində məktəbin yaxınlığında baş vermiş partlayış nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb, 147 nəfər isə yaralanıb.
Bu barədə "Al Jazeera" telekanalı hökumətdəki mənbəyə istinadən məlumat yayıb.
Partlayış noyabrın 28-də baş verib. Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, faciənin səbəbi səhlənkarlıq olub. Hadisə nəticəsində məktəbin azı iki sinif otağının damı çöküb.
Yerli "Jomhor" agentliyinin məlumatına görə, yaxınlıqdakı yaşayış evində saxlanılan sənaye partlayıcısı partlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.