Bu gün Rusiyadan Ermənistana göndərilən növbəti mineral gübrə partiyası tranzit olaraq Azərbaycan ərazisindən yola salınıb.
Yük 6 vaqondan ibarətdir və ümumi çəkisi 408 tondur. Daşınma dəmir yolu ilə həyata keçirilir. Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Balacarı stansiyasından Böyük Kəsik istiqamətində yola düşüb, daha sonra Gürcüstan ərazisindən keçərək Ermənistana çatdırılacaq.
Azərbaycan üzərindən həyata keçirilən tranzit daşımaları çərçivəsində indiyədək Rusiyadan Ermənistana 33 min tondan çox taxıl, 7 min tondan artıq gübrə, 414 ton antrasit, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.