AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hörmüz boğazında neft daşımaları böhran öncəsi səviyyəyə qayıdıb

  • + A
  • - A
  • Dünən, 23:23

    Hörmüz boğazında neft daşımaları böhran öncəsi səviyyəyə qayıdıb

    ABŞ-nin energetika naziri Kris Rayt bildirib ki, son 24 saat ərzində Hörmüz boğazından daha 72 kommersiya gəmisi keçərək 20 milyondan çox barel neft daşıyıb.

    Nazir bu açıqlamanı Vaşinqtonda Reuters agentliyinin təşkil etdiyi Qlobal Enerji Forumunda çıxışı zamanı verib.

    Kris Raytın sözlərinə görə, son sutka ərzində boğazdan keçən 72 gəmi ümumilikdə təxminən 20 milyon barel neft nəql edib.

    Bununla yanaşı, o qeyd edib ki, Hörmüz boğazı vasitəsilə neft və təbii qaz tədarükü artıq böhrandan əvvəlki səviyyəyə bərpa olunub. Bu isə qlobal enerji bazarlarında logistikanın sabitləşdiyini göstərən mühüm göstəricilərdən biri hesab olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR