AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ ilə İran razılaşmasından sonra neft satışında vəziyyət xeyli asanlaşıb

  • + A
  • - A
  • Bu gün, 19:33

    ABŞ ilə İran razılaşmasından sonra neft satışında vəziyyət xeyli asanlaşıb


    İranın Xarici İşlər Nazirliyi ABŞ ilə imzalanan qarşılıqlı anlaşma memorandumundan sonra ölkənin neft satışının xeyli asanlaşdığını açıqlayıb.

    Qurumun rəsmi nümayəndəsi Esmail Bəqai mətbuat üçün keçirdiyi brifinqdə bildirib ki, İranın neft və neft-kimya məhsullarının satışı əvvəlki dövrlə müqayisədə daha rahat həyata keçirilir.

    Onun sözlərinə görə, bu müsbət dəyişiklik ABŞ və İran arasında əldə olunan qarşılıqlı anlaşma ilə bağlıdır.

    Bəqai vurğulayıb ki, hazırda neft və neft-kimya məhsullarının ixracı sahəsində vəziyyət nəzərəçarpacaq dərəcədə sadələşib.

    Xatırladaq ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İrandan neft və neft məhsullarının istehsalı, satışı, daşınması və boşaldılması ilə bağlı əməliyyatlara 21 avqustadək icazə verən ümumi lisenziya təqdim edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR