AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazaxıstanda yeni hava limanı tikiləcək – Astananın modernləşdirilməsinə başlanır

  • + A
  • - A
  • Bu gün, 11:34

    Qazaxıstanda yeni hava limanı tikiləcək – Astananın modernləşdirilməsinə başlanır

    Qazaxıstanın paytaxtı Astana şəhərində 2027-ci ildən yeni hava limanının tikintisinə başlanılacaq.

    Bu barədə ölkənin nəqliyyat naziri Nurlan Sauranbayev hökumətin iclasında məlumat verib.

    Nazir bildirib ki, Astana hava limanının modernləşdirilməsi hazırda prioritet məsələdir. Onun sözlərinə görə, şəhər rəhbərliyi artıq tikinti ilə bağlı zəruri hazırlıq işlərini həyata keçirir və layihənin icrasına gələn il start veriləcək.

    Sauranbayev əlavə edib ki, yaxın üç il ərzində Qazaxıstanda hava limanı infrastrukturu geniş şəkildə yenilənəcək.

    Bildirilib ki, ölkədə iri aviasiya habları altı əsas hava limanının bazasında inkişaf etdiriləcək. Bunlar Astana, Almatı, Aktau, Aktöbe, Qaraqandı və Şımkənd şəhərlərində yerləşən hava limanlarıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR