AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bloomberg: Körfəz ölkələri neft hasilatını kəskin artırıb

  • + A
  • - A
  • Dünən, 23:59

    Bloomberg: Körfəz ölkələri neft hasilatını kəskin artırıb


    Bloomberg agentliyinin məlumatına görə, Küveyt, Səudiyyə Ərəbistanı və İran iyun ayında neft hasilatını əhəmiyyətli dərəcədə artırıblar. Buna Hörmüz boğazı üzərində gəmiçiliyin bərpası şərait yaradıb.

    Məlumata əsasən, OPEC-ya üzv olan bu ölkələrin ümumi gündəlik neft hasilatı 2,34 milyon barel artaraq təxminən 19 milyon barelə çatıb.

    Ekspertlər hesab edirlər ki, hazırkı hasilat hələ də münaqişədən əvvəlki səviyyədən aşağıdır. Bununla belə, Hörmüz boğazında vəziyyətin sabitləşməsi neft istehsalçılarının hasilatı daha da artırmasına təkan verə bilər.

    Morgan Stanley analitiklərinin proqnozuna görə, 2027-ci ildə dünya bazarında neft təklifi tələbi gündəlik təxminən 4,8 milyon barel üstələyəcək. Bu isə neft qiymətlərinin münaqişədən əvvəlki səviyyəyə enməsinə səbəb ola bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR