"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) AZCON Holdinqin idarəçiliyinə verildikdən sonra maliyyə göstəricilərində ciddi geriləmə ilə üzləşib. Şirkət 2024-cü ili 14,5 milyon manat mənfəətlə başa vurduğu halda, 2025-ci ildə 17,5 milyon manat zərər açıqlayıb. Beləliklə, cəmi bir il ərzində maliyyə nəticələrində 32 milyon manatdan çox mənfi dəyişiklik baş verib.
Halbuki, ASCO 2025-ci ildə fəaliyyət göstəricilərinə görə geriləmə yaşamayıb. Əksinə, daşınan yüklərin həcmi 5,38 faiz artaraq 9 milyondan çox tona çatıb, konteyner daşımalarında isə 200 faizdən çox artım qeydə alınıb.
Bu fonda əsas sual yaranır: Yükdaşımalar artırsa, şirkət niyə mənfəətdən zərərə keçib? Səbəb idarəetmə xərclərinin artmasıdır, maliyyə öhdəlikləridir, yoxsa korporativ idarəetmədəki dəyişikliklər? Bu məsələlərə aydın və şəffaf izah verilməsi həm ictimaiyyət, həm də dövlət vəsaitlərinin səmərəli idarə olunması baxımından vacibdir.
Məqalədə iqtisadçı jurnalist Rəhim Tarıverdiyevin araşdırmasından istifadə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.