AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Liviya Mərkəzi Bankının rəhbəri istefa verib

  • + A
  • - A
  • Bu gün, 20:30

    Liviya Mərkəzi Bankının rəhbəri istefa verib


    Liviya Mərkəzi Bankının rəhbəri Naci İsa vəzifədən azad olunması üçün ərizə ilə müraciət edib. O, istefa qərarının səbəbini açıqlamayıb.

    “Al Wasat” portalının məlumatına görə, İsa müraciətində vəzifədən azad edilməsini istəyib və qərarın səbəbini məsələnin həssaslığı ilə əlaqədar açıqlamadığını bildirib.

    Liviyanın Ali Dövlət Şurasının sədri Məhəmməd Takala isə Naci İsadan istefa müraciətinə konstitusiya və qanunvericiliyə uyğun baxılanadək vəzifəsini icra etməyə davam etməsini istəyib. O, həmçinin Mərkəzi Bank rəhbərini dövlət xərclərinə nəzarəti diqqətdə saxlamağa çağırıb.

    Liviya Afrikanın ən böyük təsdiqlənmiş neft ehtiyatlarına malik ölkəsidir. Lakin neft sektoru uzunmüddətli vətəndaş müharibəsi və siyasi qeyri-sabitlikdən ciddi zərər görüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR