Ermənistanda istehsal olunan məhsulların Azərbaycana ixracına yaxın vaxtlarda başlanması mümkündür.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında qarşılıqlı ticarətlə bağlı gündəliyin mövcud olduğunu xatırladaraq, bu istiqamətdə proseslərin tezliklə başlaya biləcəyini bildirib.
“Əminəm ki, yaxın vaxtlarda Azərbaycana ixrac həyata keçiriləcək”, – Paşinyan deyib.
Bundan əlavə, Ermənistan hökumətinin başçısı süni intellekt sahəsində layihələrin həyata keçirilməsi fonunda ölkədə elektrik enerjisi çatışmazlığının yarana biləcəyini qeyd edib. Onun sözlərinə görə, bu məsələdə İrəvan Bakı ilə əməkdaşlığa hazırdır.
“Bəzən elektrik enerjisi ala, bəzən də sata bilərik. Türkiyə, İran, Gürcüstan və digər ölkələrlə olduğu kimi, elektrik enerjisinin idxalı və ixracı sahəsində Azərbaycanla da əməkdaşlıq edə bilərik”, – Ermənistanın baş naziri vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.