AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət satınalmalarında yeni rəqəmsal mərhələ: “Təhvil-təslim aktı” bu gündən elektron qaydada yaradılır

  • + A
  • - A
  • Bu gün, 11:12

    Dövlət satınalmalarında yeni rəqəmsal mərhələ: “Təhvil-təslim aktı” bu gündən elektron qaydada yaradılır


    Azərbaycanda dövlət maliyyəsinin idarə olunmasında rəqəmsallaşma prosesi daha bir mühüm mərhələyə qədəm qoyub. Maliyyə Nazirliyi tərəfindən “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi çərçivəsində tətbiq olunan “e-müqavilə” altsisteminin imkanları genişləndirilib.

    Sentyabrın 1-dən dövlət satınalmaları üzrə bağlanmış müqavilələrin icrasını təsdiq edən “Təhvil-təslim aktının yaradılması” funksiyası istifadəyə verilib. Bununla satınalan və təchizatçı təşkilatlar arasında məhsul, iş və xidmətlərin təhvil-təslimi ilə bağlı proseslərin elektron mühitdə həyata keçirilməsi mümkün olacaq.

    Yeni funksional imkan sayəsində təhvil-təslim aktlarının hazırlanması, elektron şəkildə imzalanması və onların statusunun izlənilməsi vahid rəqəmsal platformada həyata keçiriləcək. Beləliklə, müqavilənin bağlanmasından onun icrasının rəsmiləşdirilməsinə qədər olan prosesin daha bir mərhələsi elektron sistemə keçirilib.

    Yeni mexanizmin əsas üstünlüklərindən biri kağız sənəd dövriyyəsinin azaldılmasıdır. Eyni zamanda, sənədlərin hazırlanması və təsdiqlənməsi prosesinin sürətlənməsi, məlumat mübadiləsinin operativləşməsi və dövlət satınalma müqavilələrinin icrasına nəzarətin gücləndirilməsi gözlənilir.

    “e-müqavilə” altsistemi dövlət satınalmaları üzrə müqavilələrin elektron formada hazırlanmasına, razılaşdırılmasına və imzalanmasına, habelə sənədlərin sistem üzərindən göndərilməsinə və proseslərin vahid platformada izlənilməsinə imkan verir.

    Altsistem 10 aprel 2026-cı ildə istifadəyə verilib. Qısa müddət ərzində onun vasitəsilə ümumi dəyəri 2 milyard manatdan çox olan 5 500-dən artıq dövlət satınalma müqaviləsi elektron formada imzalanıb.

    Yeni “Təhvil-təslim aktının yaradılması” funksiyasının tətbiqi isə dövlət satınalmalarında rəqəmsal idarəetmənin əhatə dairəsini daha da genişləndirərək, satınalma prosesinin əvvəlindən son mərhələsinə qədər elektron nəzarət və sənəd dövriyyəsi imkanlarını gücləndirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR